Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


25.06.2020  12:29 

Daha bir ağac kəsən şəxs cərimələndi





A+  A-

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən gecə saatlarında İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 3 saylı dolayında müxtəlif cinsli beş ağacın kəsilməsi faktı aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, təcili tədbirlər nəticəsində, polis əməkdaşlarının köməyi ilə ağacları kəsən şəxsin 23-BG-880 dövlət nömrə nişanlı Qazel markalı avtomobillə meşə ərazisindən uzaqlaşmaq cəhdinin qarşısı alınıb və qanun pozucusunun İsmayıllı rayon sakini İlyas Baxışov olduğu məlum olub.

Faktla bağlı akt, protokol tərtib edilib və İ.Baxışov 1332 manat məbləğində cərimə olunub.

ETSN İsmayıllı əhalisinə, xüsusilə də ağacların kəsildiyi meşə sahəsinə yaxın Qalıncaq kəndinin sakinlərinə müraciət edir ki, meşə sərvətlərinə bu cür münasibət bəsləyən həmkəndlilərini qaydaları pozaraq ağac kəsməkdən çəkindirsinlər, tənbeh etsinlər, ictimai yerlərdə qınasınlar, meşələrin mühafizə olunmasında kömək göstərsinlər.



Xəbər 1549 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +