Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


03.09.2018  15:43 

İzzətdən filmini tənqid edənlərə cavab - “Uşaq deyiləm”





A+  A-

Müğənni İzzət Bağırov bu ilin oktyabr ayında yeni filmini təqdim edəcək.
XəzərNews.az xəbər verir ki, ifaçı “Ümidlər puç olanda” adlı layihədə həm rol alıb, həm də prodüser və ssenari müəllifi olub.

Kinoda əməkdar artistlər Xalidə Quliyeva- Mehriban Xanlarova, aktyor Kazım Abdullayev, aktrisa Asya Atakişiyeva və başqa tanınmışlar da yer alıb.

Layihə afişanın təqdimatından sonra sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb. Bir neçə yazar “facebook”da müğənninin ssenarist olmasını tənqid edib.

“Qafqazinfo” mövzu ilə bağlı İ. Bağırovla əlaqə saxlayıb. Sənətçi tənqidlərə belə cavab verib:“Ssenarisi özümə məxsusdur, xeyli müddət əvvəl yazmışdım. Rejissor Samir Qulamovla proqramların birində görüşdük. Ona dedim ki, yaxşı bir ssenari yazmışam, bunu ekranlaşdıraq.

Razılaşdıq, çəkməyə başladıq. İşi tənqid və tərif edənlər olur. Eybi yoxdur! Filmə baxıb tənqid etsəydilər, daha yaxşı olardı. Mən uşaq deyiləm. Həm musiqi, həm də aktyorluq sənəti üzrə təhsil almışam. Dünən ortaya çıxmamışam, 28 ildir ki, bu sənətdə külüng döyürəm. Yenə də hamı çox sağ olsun”.

Xəbər 1614 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +