Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


03.01.2018  09:54 

Şirvanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb





A+  A-

Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, ŞPŞ-nin uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini əvvəllər üç dəfə məhkum olunmuş Ruslan Nərimanov saxlanılıb. Onun üzərinə baxış zamanı 8 ayrı bükümdə ümumi çəkisi 3,339 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Əməliyyatın davamı olaraq R.Nərimanovun yaşadığı evdə axtarış zamanı əlavə olaraq ümumi çəkisi 31,258 qram narkotik vasitə olan heroin,ümümi çəkisi 4,27 qram narkotik vasitə olan qurudulmuş marixuana, narkotik tərkibli satışı qadağan olunmuş dərman preparatları və 2 ədəd tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər 1575 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +