Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


30.12.2017  11:56 

Prodüser Təranəyə cinayət işi açıldı - Fahişəliyə cəlb etməyə görə





A+  A-

Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb.
XəzərNews.az “Lent.az”a istinadən xəbər verir ki, prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib.

Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib.

İttiham görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib.

Təranə Səmədova barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün əməkdaşımız T.Səmədova ilə əlaqə saxlamağa çalışıb. Lakin prodüser zənglərimizə cavab verməyib.

***
“Qafqazinfo” məsələ ilə bağlı dəqiqləşmə aparıb.

Əldə etdiyimiz məlumata görə, Təranə Səmədovaya 144-cü maddə deyil, 143.1 maddəsi ilə (Fahişəliyə cəlb etmə) cinayət işi açılıb.

Xəbər 1535 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +