Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


26.07.2017  09:28 

Qatarın altında qalan körpənin 1 yaşı varmış





A+  A-

Bu saatlarda Qazaxdan Bakıya gələn qatar 3 nəfəri vurub.
XəzərNews.az xəbər verir ki, qatarda olan sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, hadisə Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib.

Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb. Qatar gənc qadının başını bədənindən qoparıb. Qadının uşaqları da relslərin arasında qalaraq can verib. Onların intihar məqsədilə özlərini qatarın altına atdığı ehtimal olunur.

Belə ki, qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist onu saxlaya bilməyib.

Özünü qatarın altına atan qadının Zəyəm sakini 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı olduğu bildirilib. Onun ölən övladları 3 yaşlı oğlu və 1 yaşlı qızı olub.

Hadisədən sonra Qazax-Bakı qatarı 1 saatdan çox Zəyəm kəndində dayanıb. Olay yerinə rayon prokuroru və çox sayda polis əməkdaşı gəlib. Araşdırma aparıldıqdan sonra qatarın hərəkəti bərpa olunub.

Xəbər 1830 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +