Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


17.01.2024  14:05 

“Mənimdir“ deyilən yerdə hər şey mənasını itirir“ - Video





A+  A-

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı müəllifi olduğu "Rüstəmxanlı söhbətləri" verilişində 2023-cü ildə Azərbaycanın əldə etdiyi uğurlarından söz açıb.

Qeyd edib ki, Qarabağ zəfəri, işğaldan azad edilən ərazilərdə gedən quruculuq işləri, Azərbaycan diplomatiyasının ugurları il boyu aktual mövzular olub.

Lakin o, yeni ilin ilk söhbətlərindən birini tamamilə ayrı bir məsələyə həsr etmək istədiyini, bu mövzunun özünün yaradıcı taleyi və gördüyü işlərdən keçdiyini qeyd edib.
Qədim Şərq mifologiyasından maraqlı bir hekayəti nəql edən S.Rüstəmxanlı cəmiyyətdə mənəmlik hissini boğmağın, hər bir fərdin öz taleyini millətin taleyinə bağlamasının zəruriliyini vurğulayıb:

""Mənimdir" deyilən yerdə hər şey mənasını itirir. Bunun əvəzinə "bizimdir" deməyi bacarmalıyıq. Bu millət, bu topraq, vətənin taleyi, görülən işlər bizimdir və milllətimizin gələcəyini də bir yerdə qurmalıyıq".

Bunun üçün çevrəmizdəki insanlara sevgi ilə yanaşmağın vacib olduğunu diqqətə çəkən Xalq şairi sonda bu düşüncə ilə səsləşən "Günəbaxan zəmisində" şerini oxuyub.

Xəzərnews.az "Rüstəmxanlı söhbətləri"nin növbəti buraxılışını təqdim edir:



Xəbər 1023 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +