Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


25.09.2023  15:38 

Qənirə Paşayeva vəfat edib?





A+  A-

Ötən gün komaya düşən Milli Məclisin deputatı Qənirə Paşayevanın vəziyyəti pisləşib.

Xəzərnews.az Bakipost-a istinadən xəbər verir ki, həkimlər onu süni tənəffüs aparatından ayırmaq qərarı veriblər.

Xanım millət vəkilinin əmisi, professor Qəzənfər Paşayev oxu.az-a deputatın vəfat ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib:

“Yayılan ölüm xəbəri yalandır. Qənirənin vəziyyəti eynidir. Aparata qoşulub. Hamı irəliləyiş olmasını gözləyir. Dünən cüzi irəliləyiş oldu. Təzyiqi qalxdı. Hazırda səhhəti ağır stabil olaraq qalıb”.

Q.Paşayev dövlətin xüsusi qayğı göstərdiyini qeyd edib:

“Qənirə dövlətin xüsusi nəzarətindədir. Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi diqqət göstərir. Türkiyədən həkimlər çağırılıb. Dünən Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərov da baş çəkdi. Bunlar hamısı dövlətin qayğısıdır”.

Xatırladaq ki, deputat sentyabrın 24-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə gətirilib.

Xəbər 1511 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +