Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


14.03.2018  09:27 

MSK-dan xarici KİV-lə bağlı açıqlama





A+  A-

“Seçkilərin açıq və şəffaf keçirilməsində bizim ən yaxın dəstəkçimiz kütləvi informasiya vasitələridir. Bu, istər yerli, istərsə də xarici mediaya aiddir”.
XəzərNews.az xəbər verir ki, bu fikri Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov Azərtac-a açıqlamasında deyib. Rövzət Qasımov qeyd edib ki, MSK KİV-in tam və dəqiq məlumatlandırılmasında maraqlı olan təşkilatdır. Komissiya medianın köməyindən istifadə edərək ictimaiyyətin seçkilərlə bağlı bütün proseslər barədə daha geniş məlumatlanmasını qarşısına məqsəd qoyub.

Seçki Məcəlləsindən də irəli gələrək mətbuatın seçki prosesini izləməsi və məlumat yayması üçün heç bir məhdudiyyətin olmadığını deyən MSK Katibliyinin müdiri bildirib ki, xarici mətbuat da seçki prosesi ilə bağlı informasiya ilə təmin olunur. Bundan əvvəlki seçkilərdə də xarici mətbuat heç bir problem olmadan informasiyalar əldə edib.

Xəbər 1375 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +