Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


15.08.2017  16:42 

Cəlilabadda xəstəlik yayılıb - Ev quşları qırılır - FOTOLAR





A+  A-

Cəlilabadda ev quşları arasında qorxulu xəstəlik yayılıb.
Rayon sakinlərindən verilən məlumata görə, avqust ayı ərzində Təzəkənd, Alar, Qara Zəncir, Üçtəpə, Əliqasımlı və digər kəndlərdə yüzlərlə ev quşu tələf olub. Daha çox qaz və toyuqlarda müşahidə olunan kütləvi qırılmanın səbəbi hələ ki bilinmir: "Xəstəliyə yoluxan ev quşlarının sanki başı gicəllənir. İki-üç gün yerində dövrə vurur, sonra isə ölürlər. Müşahidə etdikdə adama elə gəlir ki, xəstəlik həm də onları kor edir. Aidiyyəti qurumlar bu vəziyyətin qarşısını almaq üçün hələ ki, bir tədbir görmür”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib ki, məsələ nəzarətə götürülüb: "Sizin sorğunuzdan sonra məsələ ilə maraqlandıq. Məlum oldu ki, ev quşlarının tələfatı ilə bağlı Cəlilabad rayonunun aidiyyəti qurumlarına heç bir müraciət daxil olmayıb. Buna baxmayaraq, sizin müraciətinizdən sonra idarə əməkdaşları adları keçən kəndlərdə araşdırma aparıblar. Ev quşlarının tələf olması halı yalnız Təzəkənd kəndində müşahidə olunub. Bu tələfatın səbəbini öyrənməkdən ötrü qırılan quşlardan nümunələr götürülərək Bakıya laboratoriyaya göndərilib. Yəqin ki, sabah bu yayılan xəstəliklə bağlı əlimizdə dəqiq məlumat olacaq”.






(bakipost.az)

Xəbər 2138 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +