Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


21.12.2024  22:58 

“Lukoil”da benzin yerinə su vurublar” - Video





A+  A-

“Lukoil” yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması barədə daha bir iddia irəli sürülüb

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu iddia ilə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında çıxış edib.

Onun sözlərinə görə, şirkətinə məxsus avtomobilə “Şamaxinka”da yerləşən “Lukoil”dan yanacaq əvəzinə su vurublar:

“Sürücü 20.12.2024 tarixdə saat 21:05-21:30 radələrində şirkətimizə məxsus 99-XN-288 nömrəli “Hyundai Elantra” avtomobil ilə “Şamaxinka”da yerləşən “Lukoil”dan 20 manatlıq Aİ92 benzin vurub. 200 m getdikdən sonra maşın sönüb. Gətirmişik ustaya yanacaq çənindən benzin yerinə su çıxıb. Mənə 500 AZN ziyan dəyib və “Lukoil” deyir ki, biz çəndən analiz götürməliyik”, - H.Novruzzadə qeyd edib.

Şikayətçi bildirib ki, bu 1 ay ərzində sözügedən şirkətin yanacaqdoldurma məntəqəsində baş verən 4-5-ci hadisədir.

Qeyd edək ki, “Lukoil” yanacaqdoldurma məntəqələrindən bir-neçə dəfə də belə şikayətlər olub.



Xəbər 3438 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +