Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


04.05.2018  16:21 

Sarkisyanın partiyası iqtidardan müxalifətə keçdi





A+  A-

“Çıxış” fraksiyasının namizədi və müxalifət lideri Nikol Paşinyan may ayının 8-də keçiriləcək seçkilərdə qalib gələcək.
XəzərNews.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə hakim fraksiyanın lideri Baqram Baqdasaryan mətbuata açıqlama verib.

O, fraksiyanın seçiminin konsolidasiya olacağını və mayın 8-də ölkənin baş nazirinin seçiləcəyini bildirib. Jurnalistlərin "siz əvvəl də belə dediniz, amma Paşinyanın əleyhinə səs verdiniz" replikasına Baqdasaryan belə cavab verib:

“Siz yaxşı izləmirsiniz. Əvvəl biz səsverməyə mane olmadıq, indi isə dəstəkləyəcəyik”.

O, həmçinin hakim partiyadan da Paşinyana səs veriləcəyini vurğulayıb.

Ermənistan mətbuatında hakim partiyanın artıq müxalifətə keçməyə hazırlaşdığı barədə də məlumatlar yayılmağa başlayıb. Eyni zamanda, xarici mətbuatda da hazırki hakim partiyanın yeni hökumətdə yer almayacağı qeyd edilir.

“Mənim şəxsi fikrimcə, yeni siyasi güclərlə əməkdaşlığın heç bir yolu yoxdur. Biz yeni hökumətin tərkibində olmayacağıq” – hakim “Respublika” partiyasının rəhbər müavini Armen Aşotyan “Associated Press”ə müsahibəsində bildirib.

Aşotyan deyib ki, hakim partiyanın namizəd üçün küçələrdə sabitlik və namizədin imza toplaması kimi iki prioriteti olub. Bununla da Paşinyan hakim partiyanın namizəd prioritetlərinə cavab verib.



Xəbər 1395 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +