Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


03.02.2021  14:27 

Türkiyədə tələbələrin etirazına səbəb olan rektor istefa verməyəcək





A+  A-

İstanbulun Boğaziçi Universitetinə rektor təyin edildikdən sonra tələbələrin etirazına səbəb olan AKP siyasi partiyasının üzvü Prof. Dr. Melih Bulu istefa verməyəcəyini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, o, bu barədə mətbuata açıqlamasında bildirib. Melih Bulu sözügedən universitetin rektoru olmağı illərdir arzuladığını və universiteti dünyanın 100 ən yaxşı universitetindən birinə çevirməyi hədəflədiyini deyib.

“İndiyə qədər bir çox yerdə çox təcrübə qazanmışam. Uzun müddətdir ki, Boğaziçi Universitetində rektor olaraq təcrübələrimi tətbiq etmək xəyalı ilə yaşamışam. Bu nöqtəyə gəldiyim üçün bu xəyalımın gerçəkləşməsinə çox şadam. Boğaziçinin səhmdarları, məzunları, tələbələri, müəllimləri və hətta ətrafdakı işçiləri ilə birlikdə Boğaziçi Universitetini daha yaxşı nöqtələrə daşıyacağıq. Bəli, Boğaziçi bu gün çox yaxşı bir mövqedədir. Ancaq həqiqətən onu dünyanın ən yaxşı 100 universitetindən birinə çevirmək məqsədim var. Və inanıram ki, bunu 4 ildə edə bilərəm. Buna görə heç vaxt istefa barədə düşünməmişəm və universitetin ilk 100-lüyə düşməsi üçün əlimdən gələni edəcəyəm”,- deyə Bulu açıqlamasında qeyd edib.

Xatırladaq ki, rektora qarşı günlərdir davam edən etiraz aksiyaları nəticəsində 300-ə yaxın şəxs saxlanılıb.



Xəbər 2016 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +