Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


03.02.2021  10:07 

Türkiyədə tələbələrə dəstək aksiyası keçirən 104 nəfər saxlanıldı





A+  A-

Fevralın 2-də AKP siyasi partiyasının üzvü Prof. Dr. Melih Bulunun Boğaziçi Universitetinə rektor təyin edilməsinə etiraz edənlərə dəstək olmaq üçün Kadıköydə toplanan qrupa polis müdaxilə edib, Kadıköy, Sarıyer və Beşiktaş rayonlarında ümumilikdə 104 nəfər nəzarətə alınıb.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tələbələr daxil olmaqla bir qrup şəxs saat 18:00 radələrində Kadıköy İskele Meydanında toplaşmağa başlayıb.

Polis qüvvələri ilk öncə Kadıköy Rayon Rəhbərliyinin bölgədəki bütün qapalı və açıq məkanlarda hər cür yığıncaq və nümayişlərin qadağan edilməsinə dair qərarına uyğun olaraq, iştirakçıları dağıtmaq barədə xəbərdar edib. Qrupun xəbardarlığa əməl etməməsi polisin müdaxiləsi ilə nəticələnib.

Nümayişçilərdən bəziləri yan küçələrə qaçarkən, polis Kadıköy Meydanına gedən bütün küçələrdə tədbir alıb. İstanbul Polisinin açıqlamasında Kadıköydəki nümayişlər zamanı 93 nəfərin və Beşiktaş və Sarıyerdə görülən təhlükəsizlik tədbirləri zamanı Kadıköydəki nümayişlərdə iştirak etmək istəyən daha 11 nəfərin saxlanıldığı qeyd edilib.

Xatırladaq ki, ötən gün səhər saatlarında İstanbulda Boğaziçi Universitetində tələbələr arasında davam edən etirazlar zamanı 159 nəfər polis tərəfindən saxlanılmışdı.

Xəbər 2155 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +