Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


16.04.2023  13:13 

Prezident onları təbrik etdi





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaş və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altunu təbrik ediblər.

XəzərNews.az xəbər verir ki, təbrik məktubunda deyilib:

“Əziz Cansu və Qamze,

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.

Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırdırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi.

Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.

Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik”.

Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında ötən gün türkiyəli idmançılar qələbələrini Azərbaycana həsr ediblər.

Xəbər 1571 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +