Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


09.12.2021  20:02 

“Bu gün hərc-mərclik hökm sürür” - Sabiq deputat





A+  A-

“Bu gün Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyətində hərc-mərclik hökm sürür”.

XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Nazim Bəydəmirli Demokrat.az-a açıqlamasında deyib.

Ekspert qeyd edib ki, MTK-ların bir çoxu hökmran mövqelərindən istifadə edərək, insanların hüquqlarını pozurlar:

“Çox təəssüf ki, mənzil kooperativlərində çox zaman insanların hüquqları bilərəkdən pozulur. Bəzən xərclərə nəzarət olunmur və nəticədə ortaya artıq xərclər çıxır. Bu da təbii ki, yerli sakinlərin haqlı narazılıqlarına səbəb olur. Qeyd edək ki, bu mənada onlar keçmiş “JEK” kimi davranırlar. Ona görə də mən sakinlərin öz hüquqlarının bilməsinin tərəfdarıyam. Onlar ilk növbədə bu məsələdə maarifləndirilməlidirlər. Bundan başqa onlar həm xərcləri özləri həyata keçirilməlidirlər, həm də öz içərilərindən bu vəzifələrə adamlar seçməlidirlər. Kooperativin mahiyyəti ondan ibarətdir ki, səs çoxluğu ilə belə qərarlar qəbul olunmalıdır”.

Ekspert xatırladıb ki, 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinə uyğun olaraq, Azərbaycanda bir neçə mülkiyyət növü var:

“Bunlar dövlət, bələdiyyə və özəl mülkiyyətdir. Mənzil Tikinti Kooperativ idarələri binanı istifadəyə verdikdən sonra orada yaşayan sakinlər özəl mülkiyyət sahibləri olduğuna görə onlar təbii ki, icraedici orqanlar seçə bilərlər. Bununla da, onlar mənzillə bağlı kommunal xidmətlərə nəzarəti, həmçinin təmizlik və digər məsələləri özləri həll edə bilər. Çünki qanun buna icazə verir və mükiyyətçilərin toplanıb özləri-özlərinə icraedici orqanlar seçmək kimi hüquqları var. Azərbaycanda bu sahədə hərc-mərclik var. Hətta, dövlət mülkiyyətində olan binalarda “JEK”lər müxtəlif formada fəaliyyət göstərirlər. Və adını zibil pulu, yaxud da təmir pulu qoyaraq vəsaitlər toplayırlar. Hesab edirəm ki, bu cür məsələlərə nəzarətin gücləndirilməsi çox vacibdir”.

Xəbər 1686 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +