Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


27.02.2017  13:46 

“Bir sıra məktəb binaları tədris üçün yararsızdır“ - RƏSMİ





A+  A-

“Geniş miqyaslı təmir-tikinti işləri aparılması ilə yanaşı, şəhər və rayonlarda yerləşən bir sıra məktəb binaları hələ də tədris üçün yararsız, bəziləri hətta qəzalı vəziyyətdədir”.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik məruzəsində bildirilib.

Məruzədə qeyd olunub ki, rayonlarda, xüsusilə kəndlərdə və qəsəbələrdə məktəbəqədər təhsil müəssisələrinin sayının az olması, bir çox hallarda uyğunlaşdırılmış və ya tam təmirsiz binalarda fəaliyyət göstərməsi uşaqların təlim-tərbiyəsində çətinlik yaradır: “Bəzi müəssisələrin fəaliyyətinin tamamilə dayandırılması da xüsusi narahatlıq yaratmaqdadır. Bu müəssisələrdəki yerlərin mövcud uşaq sayından çox az olması sıxlığın yaranmasına səbəb olmaqla, ciddi problemlər yaratmaqda və şikayətlərə səbəb olmaqdadır. Məktəbəqədər təhsil sistemindəki problemlərlə bağlı müvəkkilin ünvanına daxil olmuş müraciətlərdə bəzi yaşayış ərazilərində uşaq bağçalarının olmaması, mövcud belə müəssisələrin uşaqların sayı baxımından tələbatı ödənilməməsi, uşaq bağçalarına uşaqların qəbul edilməsi və ya bağçanın bəzi ehtiyacları üçün valideynlərdən pul tələb edilməsi, bağçalara uşaq qəbulu üzrə növbəçilik prinsipinə əməl edilməsi, mövcud uşaq bağçalarının bağlanılması kimi hallar öz əksini tapıb. Odur ki, müvafiq ərazilərdə və yaşayış məntəqələrində uşaqların sayı və tələbatı nəzərə alınmaqla, məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi zəruridir”.

Xəbər 4640 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +