Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


09.10.2020  08:45 

“Dünya Dağlıq Qarabağ münaqişəsinin həllini daha 30 il gözləyə bilməz”





A+  A-

“Dünya Dağlıq Qarabağ münaqişəsinin həllini daha 30 il gözləyə bilməz. Münaqişələrin həlli mexanizmlərinə beynəlxalq hörmətin geri qaytarılması üçün real şans yaranıb”.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, onilliklər ərzində erməni işğalı faktına məhəl qoymayanlar bu gün atəşin dayandırılmasına çağırırlar ki, bu da ikiüzlülüyün göstəricisidir.

“Barışığa çağırmaq əvəzinə, bu ölkələr Yeravanı Azərbaycanın işğal olunmuş torpaqlarından qoşunlarının çıxarılmasına çağırmalıdırlar", - deyə nazir vurğulayıb.

Akar Ankaranın Cənubi Qafqazdakı vəziyyətlə bağlı mövqeyinin son dərəcə aydın olduğunu bildirib.

“Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxmalıdır. Ankara işğal altındakı torpaqların azad edilməsi uğrunda mübarizədə Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək”, - deyə o vurğulayıb.



Xəbər 1801 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +