Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


05.11.2022  10:31 

Avtoxuliqanlıq edərək paylaşdı, həbs olundu





A+  A-

Astara rayon sakini Elşən Əliyev idarə etdiyi “Vaz 2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozub. Digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan bu əməlini, eyni zamanda sükan arxasında spirtli içki qəbul etməsinə dair görüntüləri sosial şəbəkələrdə paylaşıb.

XəzərNews.az DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxs müvafiq tibbi müayinədən keçdikdən sonra isə onun həm də narkotik vasitə istifadəçisi olduğu müəyyən edilib.

İntizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə E.Əliyev 25 gün müddətində inzibati qaydada həbs edilib.



Xəbər 1078 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +