Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


05.07.2021  10:05 

Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutuldu





A+  A-

İyulun 4-də Suriyada “Əl-Ömər” neft yatağı ərazisində yerləşən ABŞ-a məxsus hərbi baza raket atəşinə tutulub.
XəzərNews.az “RT Arabic” telekanalına istinadən xəbər verir ki, bu barədə “Suriya demokratik qüvvələri”nin ərəb-kürd media mərkəzinin direktoru Farhad Şami məlumat verib.

Onun sözlərinə görə, mənşəyi bilinməyən iki raket “Suriya demokratik qüvvələri”nin mühafizəsi altında olan Deyr-ez-Zor şəhərində yerləşən “Əl-Ömər” neft yatağının qərb hissəsinə düşüb. O, həmçinin bildirib ki, zərbə İran tərəfdarı olan qruplaşmaların yerləşdiyi ərazidən edilib.

Farhad Şami “Suriya demokratik qüvvələri”nin üzvləri sırasında ölən və yaralananların olmadığını da qeyd edib.

Amerika hərbçiləri arasında qurbanların olub-olmaması və dağıntılar barədə məlumat hələ verilməyib.

Həmçinin, suriyalı mülki fəallar beynəlxalq koalisiyanın nəhəng bazasının yerləşdiyi “Əl-Ömər” neft yatağının ərazisində partlayışların eşidildiyini bildiriblər.

ABŞ öz növbəsində bu məlumatları təkzib edib.

Xəbər 1980 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +