“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi
Kadırov cinayətkarın meyitini meydanda nümayiş etdirdi


20.06.2022  15:00 

“Faiq Qasımov rüşvət müqabilində ədaləti tapdaq altına atdı“ - Həbsdə olan jurnalist





A+  A-

Şərlənərək həbs olunduğunu bildirən jurnalist Zaur Mirzəzadə ictimaiyyətə müraciət edib.

XəzərNews.az xəbər verir ki, Müraciətdə deyilir:

- Bakı Appellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov, saxta, təhrif olunmuş ittihamla məni 5 il azadlıqdan məhrum edib.

Bakı Apellyasiya Məhkəməsinin 7 ay ərzində keçirilmiş məhkəmə iclaslarında Daxili İşlər Nazirliyinin müstəntiqi Abdulla Məhiyyədinovun qanunazidd hərəkətləri, Bakı şəhər Əmlak Xidmətinin keçmiş əməkdaşı, rüşvətxor, öz mənafeinə görə insanları şantaj edən, cəmiyyətdə mənfi obraz qazanan, mənim də günahım olmadan, şərlənərək cəlb edildiyim cinayət işinin birbaşa iştirakçısı olduğu halda, Aygün Tarverdiyeva cəlb edildiyim cinayət işində mənə qarşı şahid qismində iştirak etmişdir. Lakin onun özü birbaşa həmin cinayətin iştirakçısı olmasına baxmayaraq məsuliyyətdən yayındığı açıq-aşkar nümayiş olunmuşdur.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirsizliyimi sübuta yetirərək barəmdə bəraət hökmü verməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov rüşvət müqabilində ədaləti tapdaq altına atdı.

Həmçinin hakim, cinayət kollegiyasının sədri Elman Rəhimov da bu saxta və təhrifolunmuş ittihamla razılaşdı.

Faiq Qasımovun göz görə-görə rüşvət müqabilində ölkə başçısı Cənab İlham Əliyevin korrupsiya ilə apardığı mübarizəsinə qarşı çıxdı.

Elman Rəhimova müraciət edərək bildirirəm.

Siz elm adamı olaraq taninirsiz... Hüquq elminin incəliklərini hələ də araşdırırsız. Bəs bu gün heç vicdanınız sızıldayırmı? Axı siz Faiq Qasımovun bu əməlinə necə göz yumdunuz? Mənim təqsizrsiz olduğumu bildiyiniz halda, rüşvət müaqabilində ədalət nizamının pozulmasına necə razı oldunuz???

Mən inanıram ki, təqsirsizliyim sübuta yetirilən zaman korrupsiya xəstəliyinə yoluxanlar öz laiqli cəzalarını alacaqlar.

Xəbər 1597 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +