Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?


08.02.2023  11:29 

TƏBİB-in tabeliyindəki qurumlarda monitorinqlər keçirilib





A+  A-

Səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazlarının qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən metroloji nəzarət tədbirləri davam etdirilir.

XəzərNews.az xəbər verir ki, Dövlət Xidməti tərəfindən TƏBİB-in tabeliyində olan Bakı və ətraf regionlarda yerləşən 54 tibb müəssisəsində (xəstəxana, stasionar müəssisələr, tibb mərkəzləri, institutlar və s.) monitorinqlər həyata keçirilib. Bu çərçivədə həmin tibb müəssisələrində istifadə olunan 4584 tibbi cihaz və avadanlığın (rentgen və diaqnostik cihazlar, kardiomonitor, ultrasəs müayinə cihazı və s.) dəqiqliyi yoxlanılaraq metroloji norma və qaydalara uyğunlaşdırılması təmin olunub.

Qanunvericiliyin tələblərinə görə, mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində tipi təsdiq edilməmiş, metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməmiş tibbi ölçü cihazlarının istifadəsi qadağandır.

Qeyd edək ki, Dövlət Xidməti tərəfindən özəl tibb müəssisələrində istifadə olunan tibbi cihaz və avadanlıqların metroloji norma və qaydalara uyğunluğunun təmin edilməsi istiqamətində də zəruri tədbirlərin görülməsinə başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Xəbər 754 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +