Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


16.02.2024  12:23 

Səs siqnalları ilə bağlı xəbərdarlıq olundu





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi səs siqnallarından istifadə qaydaları ilə bağlı sürücülərə müraciət edib.

Xəzərnews.az xəbər verir ki, müraciətdə son zamanlar paytaxt ərazisində bir çox hallarda səs siqnallarından yersiz istifadə edilməsi, bu halların digər hərəkət iştirakçılarının, eləcə də ətrafda yaşayan sakinlərin ciddi narazılığına və narahatlığına səbəb olması vurğulanıb:

“Yol Hərəkəti Haqqında” Qanuna əsasən səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:

- Yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;

- Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.

Bu hallardan başqa səs siqnallarından istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır.

Bir daha bütün sürücülərdən qanunda nəzərdə tutulan qaydalara ciddi riayət etmələrini xahiş edirik”.

Xəbər 1740 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +