Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


16.04.2022  09:41 

Məhkəmə zalında həbs olundular...





A+  A-

Dələduzluq, mənimsəmə və rüşvət verməyə təhrik etmədə ittiham olunan təhsil işçilərinə hökm oxunub.

XəzərNews.az xəbər verir ki, Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin şöbə müdiri Gülnarə İsgəndərova, Tibb Universitetinin əməkdaşları Kəmalə Alıyeva və Elmira Babayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar məhkəmə zalında həbs olunublar. G.İsgəndərova 6 il 6 ay, K.Alıyeva və E.Babayeva isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, G.İsgəndərova 2017-ci ildən etibarən qulluq mövqeyindən istifadə edərək ATU-nun əməkdaşları ilə əlbir olaraq ümumilikdə 21 nəfərdən Tibb Universitetində müxtəlif vəzifələrə düzəltmək adı ilə 126 500 manat alıb. İtihama görə, vətəndaşlara qarşı dələduzluq edərək onları rüşvət verməyə təhrik edib, universitetdə müxtəlif vəzifələrə işə düzəlmələrinə dair Universitetin adından saxta əmrlər hazırlayıb.

Xatırladaq ki, onlarla bağlı 2021-ci ilin dekabrında cinayət işi açılmış, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi işi araşdırmağa başlamışdı.

Xəbər 1752 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +