Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


15.03.2022  09:46 

Zaur Yusifovu qətlə yetirən şəxs saxlanıldı - QİSAS





A+  A-

Bakıda dünya çempionunu Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

XəzərNews.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Z. Yusifov Samir Şirəliyev adlı şəxs tərəfindən odlu silahla güllələnərək qətlə yetirilib.

Məlumata görə, S.Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur və hadisəni qisas məqsədilə törədib.

Xatırladaq ki, hadisə təxminən axşam saat 11 radələrində baş verib. Mərhum Zaur Yusifov bu saatlarda evdə olub. Sonra evdən çıxaraq yaxınlıqdakı marketə gedib və orda qətlə yetirlib.

Ehtimal olunur ki, onu qətlə yetirən şəxs və ya şəxslər əvvəlcədən onu izləyiblər. Qətl törədən şəxsin killer olduğu təxmin edilir.

Bu gün - martın 15-də onun Emin Səfərovun işi ilə bağlı apellyasiya məhkəməsi olacaqdı.

Qətli törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şübhəllilər və ya sifarişçilər arasında “Emin 444” ləqəbli Emin Səfərovun qardaşı Elçin Səfərovun olduğu iddia edilir.

Kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınan Emin Səfərov sağlığında Lotu Quli (Nadir Səlifov) tərəfindən qısa müddətdə “Bakı şəhərinin vəziyyətinə” baxıb. Hətta sosial şəbəkələrdə və digər internet resurslarında onun və qardaşı Elçin Səfərovun Lotu Quli ilə yaxın olduğunu təsdiq edən birgə fotoları, videoları da var.




Xəbər 4836 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +