Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


07.01.2021  09:32 

Bələdiyyə sədrinin meyitinin yanından narkotik tapılıb, onunla gələn qız axtarılır





A+  A-

İsmayıllı rayonunda meyiti tapılan Göyçay rayon Bəydövül kənd bələdiyyəsinin sədri Ramil Yusifovun ölümü ilə bağlı detallar məlum olub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, R.Yusifov İsmayıllının İvanovka kəndində bir günlük kirayə ev tutaraq qız tanışı ilə orada gecələyib.

Daha sonra isə onun meyiti tapılıb. Bədəni üzərində xəsarət izi aşkar edilməyib. Onun narkotik vasitələrin həddən artıq istifadəsi nəticəsində öldüyü ehtimal edilir. R.Yusifovun meyitinin yanından narkotik vasitələr də aşkar edilib.

İstintaq onların metamfetamin və marixuana olduğunu ehtimal edir. Lakin maddələrin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilib.

Hadisənin müəmmalı tərəfi budur ki, R.Yusifovla birlikdə İvanovkaya gələn qız dostu yoxa çıxıb. Hazırda istintaq həmin şəxsin yerini müəyyənləşdirməyə çalışır.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər 2232 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +