Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


30.07.2020  12:19 

Suriyada insan orqanları saxlanılan laboratoriya aşkarlandı





A+  A-

Suriya hərbçiləri yerli terrorçuların insan orqanlarını saxladığı laboratoriya aşkarlayıb.
XəzərNews.az SANA agentliyinə istinadən xəbər verir ki, İdlibin Əl-Qadfa kəndində tapılan evin tibb işçisinə aid olduğu müəyyən edilib. Adı açıqlanmayan həmin şəxs ev şəraitində tibbi laboratoriya yaradaraq orada insan orqanları saxlayıb.

Evə baxış zamanı şəffaf qablarda xloroform məhluluna qoyulmuş, üzərlərinə kişi və qadın adları yazılan insan orqanları aşkarlanıb. Bundan başqa, laboratoriyada başqa şəxslərin də adı, sağlamlıq vəziyyətləri haqda məlumatlar qeyd edilmiş siyahı tapılıb.

Qeyd edək ki, Suriyada terrorçuların əsas gəlir mənbələrindən biri insan orqanlarının satışıdır. Onların nəzarət etdiyi ərazilərdə tez-tez insanlar yoxa çıxırlar. Onların orqan satışının qurbanı olduğu ehtimal edilir.



Xəbər 1819 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +