Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


24.01.2018  23:57 

Suriyadan Türkiyəyə daha iki raket atıldı - 2 ölü, 11 yaralı





A+  A-

Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis şəhərinə növbəti dəfə raket zərbəsi endirilib.
XəzərNews.az xəbər verir ki, şəhər mərkəzinə atılan 2 mərmidən biri Böyükkütah məhəlləsindəki Çalık məscidinə, diigəri isə 100 metr aralıya düşüb.

Məlumata görə, 8 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyət ağırdır.

Xatırladaq ki, 21 yanvarda Kilis şəhərinin mərkəzinə 4, Hatay rayonunun Reyhanlı qəsəbəsinə isə 3 raket atılmışdı. Hücumlar nəticəsində 1 nəfər ölmüş, 32 nəfər yaralanmışdı.

Qeyd edək ki, Türkiyə ordusu 5 gündür Afrin bölgəsində terrorçulara qarşı əməliyyat keçirir. 5 gün ərzində 268 terrorçu zərərsizləşdirilib.

***

Kilis valiliyindən bildirilib ki, məscidə atılan raket nəcitəsində biri suriyalı olmaqla 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Digər raket isə suriyalı qaçqınların yaşadığı evə düşüb. 10 nəfərin yaşadığı evdə 5 nəfər yaralanıb.

Xəbər 1231 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +