Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


06.03.2025  13:07 

Taleh Kazımov Gürcüstanda Memorandum imzaladı





A+  A-

Gürcüstan Milli Bankının nümayəndə heyəti Azərbaycan Respublikasının Mərkəzi Bankında olub.

XəzərNews.az Gürcüstandakı Azərbaycan dilli mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində Gürcüstan Milli Bankının prezidenti Natia Turnava ilə Azərbaycan Respublikası Mərkəzi Bankının prezidenti Taleh Kazımov arasında görüş keçirilib.

Görüşdə pul siyasəti və mərkəzi bankların fəaliyyəti sahəsində regional əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Söhbət zamanı regional makroiqtisadi mühit, maliyyə sektoru, geosiyasi amillərin pul siyasətinə təsiri mövzularına da toxunulub.

Tərəflər bildiriblər ki, hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın dərinləşdirilməsi maliyyə xidmətlərinin inkişafının yeni mərhələsinə keçidə töhfə verəcək.

Məlumata əsasən, Azərbaycanın Mərkəzi Bankı (AMB) və Gürcüstanın Milli Bankı (GMB) arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Sənədin imzalanması GMB Prezidenti Natia Turnava və AMB sədri Taleh Kazımov arasında baş tutub.



Xəbər 1829 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +