Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


06.12.2020  22:29 

Levon Ter-Petrosyan ölkədə qanlı qarşıdurma olacağını bəyan etdi





A+  A-

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanın mitinqdəki çıxışını şərh edib.
Bu barədə XəzərNews.az “ilur.am” saytına istinadən xəbər verir.

Vazgen Manukyan bildirib ki, baş nazir Nikol Paşinyan nə qədər tez istefa edərsə, onun üçün daha yaxşı olacaq. Onun sözlərinə görə, qəzəbli insanlar Paşinyanı parçalayacaq. Ter-Petrosyan hesab edir ki, müxalif siyasətçinin sözləri son dərəcə təhlükəlidir və bu cür şiddət vətəndaş müharibəsi ilə nəticələnə bilər:

“Bunlar sadəcə sözlər olsaydı, narahatlığa səbəb olmazdı. Ancaq Manukyan minlərlə tərəfdarı ilə baş nazirin iqamətgahını əhatəyə alıb və onun çıxışı açıq şəkildə zorakılığa hazır olduqlarını göstərir. Baş nazirin vəzifəsi də az təhlükəli deyil. Onun ritorikası və davranışı, vəzifədən getmək istəməməsi qarşıdurmaya hazır olduğunu göstərir. Hər iki tərəf qərarlı olarsa, münaqişə qaçılmazdır.

Hər ikisinin də parlamentə "basqın" etmək təcrübəsi var - 1996-cı ildə Manukyan, 2018-ci ildə Paşinyan. Ancaq 2018-ci ildə iqtidar hakimiyyəti Paşinyana tapşırmışdısa, bu gün mövcud baş nazirin bənzər bir addım atmağa hazırlıq görmədiyi açıq görünür”.

Xəbər 2155 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +