Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


11.09.2020  14:05 

Almaniya Rusiya ilə strateji layihəni dayandıra bilər - Navalnıya görə





A+  A-

Almaniya hökuməti Aleksey Navalnı ilə bağlı yaşanan insidentə görə “Şimal axını-2” qaz kəmərinin tikintisinin dayandırıla biləcəyini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “ZDF” telekanalının efirində Almaniyanın Xarici İşlər naziri Hayko Maas məlumat verib.

“Bütün variantları gündəmə gətirəcəyik və lazımi anda qərar verəcəyik. Rusiya istintaqda iştirak edərək, belə bir qərarın verilməməsinə kömək edə bilər”,-deyə Maas vurğulayıb.

Qeyd edək ki, Almaniya hökuməti daha əvvəl də “Şimal axını - 2” layihəsinə qarşı sanksiyaların tətbiq olunmasının real olduğunu açıqlamışdı. Bu açıqlamalar Bundestaqın İqtisadiyyat və Enerji Komitəsinin rəhbəri Klaus Ernst tərəfindən tənqid olunub. Klaus Ernst bir çox Avropa şirkətinin layihə ilə maraqlandığını xatırladıb.

“Şimal axını-2” Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya ildə 55 milyard kubmetr tutumlu qaz kəməri çəkməyi nəzərdə tutur. ABŞ mayeləşdirilmiş təbii qazı Avropa Birliyinə satmaq üçün bu layihəyə fəal şəkildə qarşı çıxır.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

7 sentyabrda klinika Navalnının süni komadan çıxarıldığını və vəziyyətinin yaxşılaşdığını açıqlamışdı.

Xəbər 1977 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +