Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


06.09.2019  17:24 

Şöbə müdirini maşınla vurub öldürənə 3 il iş verildi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı vurub öldürərək hadisə yerindən qaçmaqda təqsirləndirilən 16 yaşlı Qurbanəli Qurbanova hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə,məhkəmənin hökmü ilə Q.Qurbanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2018-ci il dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində baş verib. Yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı naməlum avtomobillə vurulub və orada ölüb. Sürücü isə hadisə yerindən qaçıb.

Hadisənin “Nissan” markalı avtomobillə törədilməsi, sürücüsünün isə Bakı şəhər sakini 16 yaşlı və sürücülük vəsiqəsi olmayan Q.Qurbanov olması müəyyən edilib və o saxlanılıb.

Ləman Süleymanlı "AzərTürkBank"ın mühasibi, şöbə müdiri vəzifəsində işləyib.

Ləmanın atası Rafiq Süleymanlı əməkdar müəllimdir. Heydər Əliyev adına Liseydə çalışan R.Süleymanlı Xətai rayon Təhşil şöbəsinin müdir müavini olub. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanları zamanı sualların tərtibatında yaxından iştirak edib və qurumun eksperti olub. Filologiya üzrə fəlsəfə doktorudur.

Anası Pəri Süleymanlı isə "Evrika Liseyi”nin direktor müavinidir. Buna qədər isə Heydər Əliyev adına Liseydə direktor müavini olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

Xəbər 1654 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +