Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü


12.04.2022  11:33 

Deputat da səfirlikdən şikayətləndi





A+  A-

Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Ukraynadakı səfirliyimizdən şikayətlənib.

XəzərNews.az xəbər verir ki, deputatın sözlərinə görə, onların (azərbaycanlıların) şəxsiyyət vəsiqəsinin, pasportunun vaxtı bitir və ölkəyə qayıdıb sənədləri qaydaya salmaq məcburiyyəti yaranır:

“Amma bu belə olmamalıdır. Onlar xaricdə sənədlərini rahat dəyişməlidirlər. Biz soydaşlarımıza rahat şərait yaratmalıyıq. Azərbaycan qanunlarında xaricdə yaşayan vətəndaşlara güzəşt nəzərdə tutulsa da, bir nəfər bu güzəştdən faydalanmır. Xaricdə yaşayan azərbaycanlılar da ödənişli təhsil alır. Mən təklif edirəm ki, Dünya Azərbaycanlıları Universiteti yaradılsın”.

Deputat əlavə edib ki, “ASAN xidmət” modelini səyyar formada xarici ölkələrdə təşkil etsək, yaxşı olar: “Amma bu problemi biz həll edə bilmirik. Digər tərəfdən, sərhəddə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız çox çətinliklərlə üzləşir. Ukraynada səfirliyimiz işləmədi, sadəcə, Xarkovda fəxri konsulumuz işlədi. Amma səfirlik nə iş gördü, heç kim bilmədi ”.

Xəbər 1855 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +