“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


04.07.2023  11:26 

Gürcüstan səfirindən Kiyevi tərk etməsi tələb olundu





A+  A-

“Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini lazımi müalicə və qayğı üçün Ukraynaya köçürməyə çağırıram”.

Gürcüstanın Ukraynadakı səfirindən keçmiş prezident Mixail Saakaşvilinin məhkəməsi ilə bağlı 48 saat ərzində Kiyevi tərk etmək tələb olunub.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinə göstəriş verib.

V.Zelenski “Telegram” kanalında yazıb ki, səfirin rəsmi Tbilisi ilə məsləhətləşmələr aparması üçün ölkəsini tərk etməsini istəyib.

V.Zelenski vurğulayıb ki, rəsmi Kiyev dəfələrlə Tbilisini Saakaşviliyə təzyiqləri dayandırmağa və onun Ukraynaya qayıtmasına razılıq verməyə çağırıb:

“Hazırda Rusiya Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür. Bir daha Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı Mixail Saakaşvilini lazımi müalicə və qayğı üçün Ukraynaya köçürməyə çağırıram”.

V.Zelenski Avropa dövlət başçılarına da bu yöndə çağırış edib.

M.Saakaşvili Gürcüstana 2021-ci ilin sentyabrında qayıdıb və elə həmin vaxt da həbs olunub. Belə ki, o, iki cinayət işi üzrə qiyabi şəkildə azadlıqdan məhrum edilmişdi.

M.Saakaşvili həbs olunandan sonra üç dəfə aclıq elan edib: birincisi 2021-ci ilin oktyabr-noyabr aylarında 50 gün, ikincisi – 2022-ci ilin fevral-mart aylarında 20 gün davam edib. M.Saakaşvili üçüncü dəfə aclığı 2022-ci il dekabrın 14-ü elan edib. Lakin elə həmin gün Avropa Parlamentinin deputatları onu aclıqdan imtina etməyə inandıra bilib. Saakaşvilinin vəkilləri dəfələrlə onun sağlamlığının təhlükədə olduğunu bəyan edib./Meydan TV

Xəbər 1086 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +