“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


16.11.2020  11:46 

Paşinyan xalq məhkəməsi qarşısına çıxmalı olduğunu etiraf etdi





A+  A-

Ermənistanın baş naziri Nikol Paşinyan xalq məhkəməsi qarşısına çıxmağa hazır olduğunu, bunun cəmiyyət və siyasi qüvvələrlə birlikdə dialoq şəraitində baş verməli olduğunu bildirib.
XəzərNews.az xəbər verir ki, Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, əvvəlki hökumətin nümayəndələri Qarabağla bağlı danışıqlar prosesində ərazi güzəştlərinə razılaşdıqlarına görə cavab verməlidir.

Paşinyanın sözlərinə görə, mövcud vəziyyətdən məsul olan və xalqın qarşısına çıxmalı olan məhz odur: "Bununla birlikdə, lazımi nəticələr çıxarmaq üçün ictimaiyyət bütün detallardan xəbərdar olmalıdır. Bunun üçün isə ordunu, müxalifəti və hökuməti dinləmək lazımdır".

İşğalçı ölkənin baş naziri bildirib ki, o, 2018-ci ilin may ayında hakimiyyətə gəldikdə danışıqlar prosesi artıq Azərbaycanın xeyrinə dəyişmişdi: "Belə ki, danışıqlar prosesində statusun müəyyənləşdirilməsi olmadan ərazi güzəştlərinin konturları açıq şəkildə qeyd olunmuşdu".

Paşinyan qeyd edib ki, burada üç yol var: Ya bu insanlar Peyğəmbərdir, ya Paşinyan hökuməti xəyanətkardır, ya da ki, Serj Sarkisyan və tərəfdarları danışıqlar prosesinin hansı nöqtəyə gəldiyini və Ermənistan qarşısında hansı qaçılmaz tələblərin qoyulduğunu bilirdilər.

“Mən bu məntiqi dəyişdirmək istədim. Təəssüf ki, müvəffəq ola bilmədik. Çünki ərazilərin təslim edilməsi barədə fikir birliyi artıq bütün beynəlxalq ictimaiyyətdə formalaşmışdı. Bu konsensusu dəyişə bilmədik. Bəlkə vəziyyəti səhv qiymətləndirdik. Ancaq nə edə bilərdik? Bununla barışardıq? Mən bunu istəmədim, buna görə də Ermənistanın döyüş qabiliyyətini artırmaq üçün əlimdən gələni etməyə çalışdım” ,-deyə Paşinyan bildirib.



Xəbər 2388 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +