Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?


26.04.2023  17:46 

Sudandan 26 azərbaycanlı təxliyyə olunub





A+  A-

Sudan Respublikasındakı mövcud vəziyyətlə əlaqədar olaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir.

Bu barədə XəzərNews.az -a XİN-dən bildirilib.

Qeyd edilib ki, hazırda Sudan Respublikasında yerləri müəyyənləşdirilmiş 26 nəfər Azərbaycan Respublikası vətəndaşının qardaş Türkiyə Respublikasının dəstəyi ilə üçüncü ölkə vasitəsilə təxliyəsi həyata keçirilməkdədir.

"Həmçinin, təxliyə edilən vətəndaşlarımızdan etibarlı səyahət sənədləri olmayanların ölkəmizin aidiyyəti diplomatik nümayəndəlikləri vasitəsilə sənədləşdirilməsi işi təmin olunacaq.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sudan Respublikasındakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə səyahət etməməyi, ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları, habelə vətəndaşlarımıza bu ölkəyə səyahətdən çəkinmələrini tövsiyə edir.

Sudanda yaşayan vətəndaşlarımızdan təxliyə və ya hər hansı çətinliklə bağlı Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin qaynar xətti: +201010271387", - məlumatda deyilir.

Xəbər 829 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +