Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!
Hikmət Hacıyev Londonda görüşlər keçirib
Azərbaycan Fransadan nə tələb edir?
Tusk Maska cavab verdi: Təkəbbürlük etmə
Natiq Həsənov aparat rəhbəri təyin edildi


15.06.2022  11:16 

Şeyx İranı “vurdu” - Bizi müdafiə etdilərmi? VİDEO





A+  A-

“Bizim torpaqlarımız Ermənistan tərəfindən 30 il vəhşicəsinə vandalizmə məruz qalıb. Bu torpaqlar insanları yaşatmaq üçündür. Allah-təala Quranda buyurub ki, Yer üzünü sizin üçün yaratdım. Siz onu xarab etməyin, axı mən yaratmışam. Bu, müqəddəsdir, Allah-təala bizə yaradıb. Biz bunu müqəddəs kimi saxlamalıyıq. Ermənilərin torpaqlarımızı yandırması, minalaması, indi də dinc insanların orada həlak olması və ən mühümü, onları məcbur torpaqlardan uzaqlaşdıranda evlərini, hətta öz heyvanlarını yandırması, məhv etməsi, kəsməsi, bütün bunların hamısı Allahın dediklərinə üsyan etmək deməkdir. Ona görə də bunlar fəlakətlərə gətirib çıxarıb”.

XəzərNews.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə REAL TV-yə müsahibəsində deyib.

Dünyanın, qonşu dövlətlərin erməni vəhşiliyinə səssiz qaldığını deyən Şeyx sözlərinə belə davam edib:

“Bizim torpaqlarımızda mədəniyyət irsimizə hörmət olunmadı. Məscidlərimiz dağıdıldı, orada donuzlar saxlanıldı. Bu cür məsələlərdə dünya ictimaiyyəti, bizim qonşularımız heç olmasa bir dəfə səslərini çıxarıb, bizi müdafiə etdilərmi? Yaxşı, oradakı müsəlmanlar etmədilər. Xristianların da kilsələri yandırıldı, dağıdıldı. Onlar da səslərini çıxarmadılar. Amma indi bəzi yerlərdən havadarlar çıxır ki, nəyə görə orada bu kilsə belə oldu, bu məscid yandırıldı...?!”

Daha ətraflı videomaterialda:



Xəbər 1311 dəfə oxunub.



11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü


BÜTÜN XƏBƏRLƏR +