Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!
Hikmət Hacıyev Londonda görüşlər keçirib
Azərbaycan Fransadan nə tələb edir?
Tusk Maska cavab verdi: Təkəbbürlük etmə
Natiq Həsənov aparat rəhbəri təyin edildi


19.03.2017  10:29 

Bakıda zorxana oyunları da keçiriləcək





A+  A-

Bu il mayın 12-22-də Bakının ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən idman növlərindən biri də zorxanadır.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, zorxana yarışları üç gün ərzində “Baku Crystal Hall”da keçiriləcək. Yarışlar kişilərdən ibarət komandaların və idmançıların fərdi mübarizəsindən ibarət olacaq.

Bəs zorxana idmanı haqqında nə bilirik? Zorxana iki sözdən ibarətdir: “zor” güc və ya qüvvət, “xana” isə ev mənasını verir. Beləliklə, zorxana güc, qüvvət evi deməkdir. Zorxana İranın ənənəvi “pəhləvan məktəbi”dir.

İyirminci əsrin ortalarınadək zorxana anlayışı bilavasitə güləşlə əlaqələndirilirdi. Döyüş və müharibə ilə bağlı olan bu idman növündə fiziki hərəkətlər pəhləvanların dözümlülüyünü, diqqətliliyini, çevikliyini və sürətlərini artırmaq məqsədi daşıyır.

Zorxana pəhləvanı vətəni və xalqı qarşısında borcunu yerinə yetirməli, böyüklərə hörmət etməlidir. Bu idmançılar döyüş zamanı mil, səngi, qalxan, kaman və zəncir kimi müxtəlif zorxana alətlərindən istifadə edirlər.

İslam dünyasını birləşdirən maraqlı, çoxnövlü idman tədbiri olan “Bakı-2017” gələn il mayın 12-22-də Azərbaycan paytaxtında keçiriləcək. Müsəlman dövlətlərini təmsil edən idmançılar on gün ərzində idmanın 20 növü (24 kateqoriya) - atletika və para-atletika, su idmanı növləri (suyatullanma, üzgüçülük, su polosu), basketbol 3x3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando, ağır atletika üzrə yarışlarda mübarizə aparacaqlar. Yarışlar paytaxtın 16 müasir idman qurğusunda təşkil olunacaq.

Xəbər 3411 dəfə oxunub.



11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü


BÜTÜN XƏBƏRLƏR +