Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


08.03.2025  13:32 

İş adamı ilə əlbir olan Akif Məmmədovdan SAXTA RƏY - Cinayət işi açıldı...





A+  A-

Ötən həftə Zaqatala rayonunda Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun sağ və sol hissələrində təhlükəsizlik məqsədi ilə ağacların kütləvi şəkildə qanunsuz budanması və kəsilməsi ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açıldı...

Aparılan araşdırmada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Muhuma Qudayev başqa şəxsin adından "14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevlə müqavilə bağlayaraq 15-16 fevral 2025-ci il tarixlərində həmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Baş vermiş pozuntu ilə bağlı "14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayev, 8 saylı "Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Namazov, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Maqov kəndi üzrə inzibati ərazi nümayəndəsi Rəcəb Davudov tutduqları vəzifədən azad edilmiş, müvafiq nəzarət tədbirlərinin həyata keçirilmədiyinə görə 7 saylı RETSİ-nin rəisi əvəzi Anar Süleymanov və həmin idarənin məsləhətçi-müfəttişi Əfqan Şibiyev vəzifələrinin icrasından kənarlaşdırıldı.



Həmçinin cinayət işində toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmış və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə "14 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevin həbs, sahibkar Qudayev Muhuma Məmmədəli oğlunun isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilşdi.

Qlobal.az-ın əldə etdiyi məlumata görə Zaqatala rayonunda Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun sağ və sol hissələrində təhlükəsizlik məqsədi ilə ağacların kütləvi şəkildə qanunsuz budanması və kəsilməsi ilə bağlı açılmış cinayət işinə daha bir məmur cəlb edilib.

Belə ki, ağacların budanması üçün keçən il 7 saylı RETSİ-nin rəisi vəzifəsində işləyən Akif Məmmədov sahibkar Muhuma Qudayevə ağacların budanması üçün qanunsuz olaraq rəy verib.



Məlumata görə ağacların budanmasına görə rəyi 7 saylı RETSİ yox, Dövlət Ekoloji Ekspertiza Agentliyi verməlidr. Ancaq 7 saylı RETSİ rəisi işləmiş Akif Məmmədov Muhuma Qudayevə belə bir rəyi verdiyi deyilir.

Bildirək ki, Akif Məmmədov hazırda 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarə rəisi vəzifəsində işləyir. Onun Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadəyə yaxın olduğu iddia edilir.

Məsələ ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirildi ki, araşdırma aparılır.



Xəbər 634 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +