Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


03.02.2022  10:53 

Qum-çınqıl hasilatı aparanlara cinayət işi açıldı





A+  A-

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi və bu sahə üzrə aidiyyəti rayon prokurorlarının köməkçiləri tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Balakən və Qəbələ rayonlarının ərazilərindəki qum-çınqıl yataqlarında yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması ilə qanunsuz hasilatın aparılması barədə məlumat yoxlanılıb.

XəzərNews.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssislərin iştirakı və xüsusi texniki vasitələrin köməyi ilə ərazilərə baxış keçirilib, ölçülər götürülüb, hesablamalar aparılıb, müvafiq dövlət qurumlarının reyestrlərində olan məlumat təhlil edilib, aidiyyəti şəxslərin izahatları alınıb və müvafiq dövlət qurumlarına verilmiş sorğulara cavablar toplanılıb.

Müəyyənləşdirilib ki, “Balakən Kərpic İstehsalı Müəssisəsi” MMC və “Redstone” MMC-nin vəzifəli şəxsləri 1 milyon 137 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əsgər Əsgərov tərəfindən Balakən rayonu ərazisində 774 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Nizami Abdullayev tərəfindən isə Qəbələ rayonunda 71 min manat dəyərində qanunsuz qum-çınqıl hasilatı aparılıb.

Qeyd olunan faktlar üzrə Cinayət Məcəlləsinin 188.1-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1-ci (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə üç cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun istintaq idarəsinə göndərilib.

Xəbər 1648 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +