Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


12.06.2021  09:46 

Britaniyada G7 sammiti öz işinə başlayıb





A+  A-

Böyük yeddilər (G7) qrupunun sammiti İngiltərənin Kornuoll yarımadasının Atlantik sahilində Karbis-Bey şəhərində açılıb.
XəzərNews.az TASS agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya liderlərinin, həmçinin Avropa İttifaqının rəhbərlərinin iştirak etdikləri ilk sessiya koronavirus pandemiyasından sonra dünyanın bərpasına həsr olunub.

Son iki il ərzində ilk əyani görüş G7-də Britaniyanın sədrliyi ilə “Build Back Better” (“Olduğundan daha yaxşı bərpa etmək”) şüarı altında bağlı qapılar arxasında keçirilir.

Yüksək səviyyəli görüşə başlamazdan əvvəl liderlər ənənəvi rəsmi foto çəkdirib.

Birinci iş sessiyası başa çatdıqdan sonra G7 liderləri sammitin keçirildiyi yerdən 70 kilometr aralıqda yerləşən “Eden” botanika bağına yollanacaqlar. Burada axşam onlar üçün Böyük Britaniya Kraliçası II Elizabetin adından ziyafət veriləcək. Rəsmi şam yeməyində 95 yaşlı Kraliça ilə yanaşı, onun oğlu - Uels şahzadəsi Çarlz həyat yoldaşı Kamilla ilə, həmçinin Kembric hersoqu Uilyam və hersoqinya Keyt iştirak edəcəklər.

Sammit iyunun 13-dək davam edəcək.



Xəbər 1725 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +