İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


07.07.2021  12:10 

Rusiya “Taliban”a qarşı Tacikistandakı hərbi bazasından istifadə edə bilər





A+  A-

“Rusiya, Tacikistan və Özbəkistan Prezidentləri Əfqanıstan məsələsi ilə bağlı əlaqədədirlər”.
XəzərNews.az “Sputnik Tacikistan”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Laosdan olan həmkarı ilə görüşdən sonra mətbuat konfransında deyib. O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Asiya ölkələrinin liderləri ilə daimi əlaqədədir.

XİN rəhbərinin sözlərinə görə, Rusiya, Tacikistan və Özbəkistan Prezidentləri arasında son belə danışıqlar iyulun 5-də baş tutub.

Lavrov, həmçinin bildirib ki, lazım gələrsə, Rusiya özünün Tacikistanda yerləşən 201-ci hərbi bazasının imkanlarından istifadə edəcək. O vurğulayıb ki, KTMT nümayəndələri hazırda Tacikistanla Əfqanıstan arasındakı sərhəddədirlər. Onlara vəziyyəti qiymətləndirmək, KTMT-nin daimi şurasına vəziyyət və dəyişikliklər barədə məruzə etmək tapşırılıb.

Xatırladaq ki, iyun ayının ortalarından başlayaraq Əfqanıstan və Tacikistan sərhədlərində vəziyyət gərginləşib. Bu zaman ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsi fonunda talibanlar şimalda öz fəaliyyətlərini aktivləşdiriblər.

Minimal hesablamalara görə, talibanlar Əfqanıstanın 50 rayonunu ələ keçirib. Regional rəhbərliklərin məlumatlarına görə isə, bu rəqəm daha böyükdür.

Ən təhlükəlisi ondan ibarətdir ki, talibanlar Tacikistan, Özbəkistan və Türkmənistan sərhədlərində sərhəd bölgələrini, həmçinin bir neçə nəzarət məntəqələrini tutublar.

Xəbər 2160 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +