Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


23.06.2022  12:15 

AQTA şəkər tozu və qənd məhsullarına dair növbəti monitorinq keçirib





A+  A-

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən növbəti monitorinq çərçivəsində şəkər tozu və qənddə kükürd dioksid (SO2) miqdarının müəyyən edilməsi ilə bağlı AQTA-nın regional bölmələri tərəfindən ticarət şəbəkələrindən 33 istehsalçıya məxsus ümumilikdə 67 nümunə götürülüb.

Bu barədə XəzərNews.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, nəticələrə əsasən, nümunələrin 7-də kükürd dioksid aşkarlanmayıb, 36-da SO2-nin kütlə payı beynəlxalq təcrübədə müəyyən edilmiş normaya (15 mq/kq) uyğun olub, 24 nümunədə (12 istehsalçı üzrə) kükürd dioksidin kütlə payı normadan artıq olub.

Bununla əlaqədar sınaq nəticəsində uyğunsuzluq aşkarlanmış 6 müəssisədə (“Bolluq” MMC, “Aysu Qida Sənaye LTD” MMC, “Əmin Qida Sənaye” MMC, “Şam Fi İnternational Trading Company” MMC, “Şüvəlan Şirniyyat” ASC və fiziki şəxs Qəmbərov Rauf Rəfi oğlu) yoxlamalar keçirilib. Belə ki, Samux rayonunda fəaliyyət göstərən fiziki şəxs Qəmbərov Rauf Rəfi oğluna məxsus şəkər istehsalı müəssisəsində aparılmış yoxlama zamanı sahibkar tərəfindən verilən izahatda uyğunsuzluq aşkar edilmiş partiyanın kiçik miqdarda istehsal edildiyi və artıq satışda olmadığı bildirilib.

“Bolluq” MMC-də aparılan yoxlama zamanı məhsulun istehsalı prosesində pozuntular aşkar edildiyinə görə sahibkar barəsində inzibati tədbir görülüb. Monitorinq zamanı uyğunsuzluq aşkarlanmış məhsul partiyasının həmin şirkət tərəfindən istehsal edilməsinə dair təsdiqedici sənədlərə əsasən, sözügedən partiyaların ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul edilib.

“Aysu Qida Sənaye LTD” MMC-də sanitariya norma və qaydalarına, gigiyena normativlərinə tam əməl edilməməsi səbəbindən sahibkar barəsində inzibati tədbir görülüb. Uyğunsuzluq aşkarlanmış məhsul partiyasının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul olunub.

Sabirabad rayonunda fəaliyyət göstərən “Əmin Qida Sənaye” MMC-də aparılan yoxlama zamanı müəssisənin müxtəlif istehsalçı müəssisələrdən alınan qəndlərin qablaşdırılması ilə məşğul olduğu müəyyən olunub. Yoxlama çərçivəsində sözügedən partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı qərar qəbul edilib.

Eyni zamanda hazır məhsullardan təkrar nümunələr götürülərək müayinə məqsədilə laboratoriyaya təqdim edilib.

“Şüvəlan Şirniyyat” ASC-də aparılan yoxlama zamanı məhsulların etiket məlumatlarında uyğunsuzluq aşkar edilməsi ilə əlaqədar sahibkar barəsində inzibati tədbir görülüb. Hazır məhsuldan nümunələr götürülərək müayinə məqsədilə laboratoriyaya təqdim edilib. Bundan əlavə, monitorinq zamanı uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı qərar qəbul edilib.

Bundan əlavə, tərkibində kükürd dioksidin kütlə payı normadan artıq müəyyən edilmiş məhsullarla əlaqədar nümunələr götürülmüş 4 ticarət mağazasında − Şəmkir rayonunda fəaliyyət göstərən “El”, “Zirvə” və “Zümrüd” marketlərdə və Xaçmaz rayonunda fəaliyyət göstərən “Euro” marketdə yoxlamalar keçirilib. Yoxlama çərçivəsində sözügedən məhsul partiyalarının satışının qadağan edilməsi ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar”lar qəbul olunub, eyni zamanda həmin məhsullardan götürülən təkrar nümunələr laboratoriyaya təqdim edilib.

Qeyd edək ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün AQTA tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir və bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Xəbər 1434 dəfə oxunub.




09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +