Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək


02.11.2023  17:03 

Arvadını öldürən şəxs dəlixanaya göndərilib





A+  A-

Bakıda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən İlham Həşimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Xəzərnews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində təkrar psixoloji ekspertiza keçirilməsini istəyib.

Məhkəmənin qərarına əsasən İ.Həşimov ixtisaslaşdırılmış psixiatriya müəssisəsində məcburi stasionar müalicə edilməlidir.

O, cinayət məsuliyyətindən və cəzadan azad olunub.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Xətai rayonunda qeydə alınıb. 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İ.Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.



Xəbər 952 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +