Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı


04.11.2022  13:01 

Zakir Həsənov komandoların təlimini izlədi - Video





A+  A-

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank və komando hərbi hissələrində keçirilən təlimləri izləyib.

XəzərNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, komanda idarəetmə məntəqələrinə baş çəkən müdafiə naziri "Tank ovçuluğu" təlimini və komandoların hazırlıq məşğələsini izlədikdən sonra komandir heyətinin məruzələrini dinləyib.

Məruzə olunub ki, təlim prosesində şərti düşmənin zirehli texnikasının pusquya və xəndəklərə salınmaqla yaxın məsafədən sıradan çıxarılması, eləcə də komandoların yaşayış məntəqələrində döyüş tapşırıqlarının icrası məşq etdirilir.

Təlimin planına uyğun olaraq tank bölmələri tərəfindən zirehli texnikanın atəşlə irəliləmə üsulları da yerinə yetirilir.

Komandoların və tank bölmələrinin fəaliyyətini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov Vətən müharibəsində qazanılan təcrübədən istifadə olunmaqla döyüş hazırlığının intensivliyinin və effektivliyinin daha da artırılması barədə aidiyyəti üzrə əlavə tapşırıqlar verib.



Xəbər 941 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +