Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək


19.12.2018  14:52 

Daha 3856 vərəsəyə birdəfəlik ödəmə veriləcək





A+  A-

Şəhid hərbi qulluqçulardan 2897-si üzrə 3856 vərəsəyə də birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.
XəzərNews.az xəbər verir ki, qərar Komissiyanın ötən gün keçirilən iclasında verilib.

Vəsait vərəsələrin bank hesablarına köçürüləcək və bu barədə vərəsəyə sms vasitəsilə məlumat göndəriləcək.

Birdəfəlik ödəmə almaq hüququ olan vərəsələr müvafiq sənədlərlə (hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi qulluqçu məhkəmə qərarı ilə ölmüş elan edilibsə bu barədə məhkəmənin həmin qərarı, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış) notariat kontorlarına müraciət etməlidirlər.

Siyahılara əsasən, vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 9531 nəfərdir.

Qeyd edək ki, prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən qeyd olunan şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub.

Birdəfəlik ödəmənin verilməsindən ötrü 2018-ci il üçün 58 mln., 2019-cu il üçün 50 mln. manat ayrılıb.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Xəbər 1401 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +