Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı


22.01.2018  16:45 

Bakıda marşrut avtobusu minik maşını ilə toqquşdu





A+  A-

Yanvarın 22-də 71 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 BS 743 DQN) sərnişin avtobusu VAZ 2107 markalı minik avtomobili ilə toqquşub.
Bu barədə XəzərNews.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib ki, ilkin məlumata görə, qəza VAZ 2107 markalı minik avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq avtobusun qarşısında təhlükəli manevrlər etməsi səbəbindən baş verib:

“Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Məlumat üçün bildirək ki, hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb”.

Şöbə müdiri bəzi informasiya saytlarında qəzaya uğramış avtobusun BNA-ya məxsus olması ilə bağlı fikirlərə aydınlıq gətirərəkdeyib ki, müntəzəm marşrut xətləri üzrə hərəkət edən bütün sərnişin avtobusları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə məxsusdur:

“İnformasiya hazırlayarkən bu məqamın nəzərə alınması tövsiyə edilir. Onu da qeyd edək ki, 71 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətinin yerinə yetirilməsi daşıyıcı Bağırov Hikmət Mirzə oğlu tərəfindən həyata keçirilir”.

Xəbər 1550 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +