Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


23.09.2024  19:11 

Tat məktəbliləri üçün “ZÜHUN TATİ” dərs kitabı nəşr edildi -Foto





A+  A-

“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədov ölkə ictimaiyyətinə və Azərbaycanda yaşayan azsaylı xalqlara müraciət ünvanlayıb.

Xəzərnews.az “Multikultural Azərbaycan”a istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli həmvətənlər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 1-ci və 2-ci sinifdə oxuyan tat məktəbliləri üçün “ZÜHUN TATİ” (Tat dili) dərs kitabını nəşr edib. Bu il dərslik 1-ci sinifdə oxuyan şagirdlərə, tatların əksəriyyət təşkil etdiyi məktəblərə paylanacaq. Bu münasibətlə məktəbliləri, valideynləri təbrik edir və uğurlar diləyirəm.

Eyni zamanda göstərdiyi səylərə görə, Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə minnətdarlığımızı bildiririk.

Dərsliklərin müəlliflərinə də göstərdikləri fədakarlığa görə təşəkkür edirik”.





Xəbər 4989 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +