Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


18.09.2024  16:26 

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur





A+  A-

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum olub.

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İlqar Mustafayev iki il ərzində bulvar büdcəsində olan 2 milyon manatdan artıq pul vəsaitini tamah niyyəti ilə mənimsəməkdə ittiham olunur.

Hesablama Palatası bir müddət əvvəl həmin idarədə 4 milyon manatdan çox kənarlaşma halının olduğunu elan etmişdi.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı geniş istintaqla isə ziyanın 2 milyondan bir qədər çox olması təsdiqini tapıb.

İstintaq orqanı ziyanın böyüklüyünü və digər əsasları nəzərə alaraq sabiq idarə rəisinin həbsini tələb edib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Mustafayev haqda 3 ay 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onun ittiham edildiyi 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinin sanksiyasında 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xəbər 4710 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +