Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


02.08.2024  21:50 

Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video





A+  A-

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Xəzərnews.az xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən tədbirdə Mədəniyyət Nazirliyi və Kino Agentliyinin rəsmiləri ilə yanaşı, ölkənin mədəni-ictimai xadimlər, görkəmli kino adamları iştirak edib.

Açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanın kino tarixinə nəzər salaraq kino xadimlərini təbrik edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev Azərbaycan kinosunun son dövrlərdəki problemlərə toxunub: “Bizim kinonun, ən azından, 30 il bundan öncəki sürətə düşməsini arzu edirəm. Bunun üçün birlikdə işləmək gərəkdir. Müəyyən səbəblərə görə Azərbaycan kinosunda ləngimə baş verdi. Amma artıq o problemlər həll olunub”.

Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru vəzifələrini icra edən Orxan Fikrətoğlu da, öz növbəsində, kino adamlarını təbrik edib.

Orxan Fikrətoğlu artıq Azərbaycan kinosundakı durğunluq dövrünün arxada qaldığını bildirib.

Daha sonra agentliyin hesabatı və Mədəniyyət Nazirliyinin müxtəlif kino adamlarına mükafatı təqdim olunub.

Yekunda yubiley filmlərinin fonunda konsert proqramı və yeni filmin premyerası olub.









İsmayıl Rəhimoğlu
XəzərNews.az


Xəbər 5797 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +