Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


15.11.2022  13:00 

14 yaşlı qız 26 yaşlı əmioğluya nişanlanıb





A+  A-

"Bir az əvvəl 14 yaşlı qızın nişanlanması ilə bağlı yazdığım statusa Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən dərhal münasibət bildirildi."

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə çıxış edib.

K.Ağazadə bildirib ki, hazırda DİN Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun rəhbəri Eşqin Qasımovun nəzarəti ilə göndərdiyim bütün məlumatların araşdırılmasına başlanılıb:

"Şəmkir rayon İcra Hakimiyyəti, əslində bu sizin işinizdir!!! Rayon İcra Hakimiyyəti, nəzərinizə çatdırım ki, 15 yaşı hələ yanvarda tamam olacaq qızı 26 yaşlı əmioğluna veriblər!!!"

Qeyd edək ki, K.Ağzadə bu barədə əlində sübutların - yəni fotoşəkillərin də olduğunu bildirib.

Lalə
XəzərNews.az


Xəbər 1174 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +